Qəzəbdən yaranan qəzəl...
Üç gündür analiz verən Qoşqar müəllim Təbibdən hələ də cavab almayıb. O, COVİD 19 test nəticəsini müəyyən etməyən Təbibə ithafən qəzəbindən qəzəl yazıb:
Lütf elə, bir məlumat ver zatı alindən ey Təbib!
Agah ol, cümlə gəlmişik zara əlindən ey Təbib!
Məcnun da gözləməzdi qapında bu qədər bəlkə də,
Məlum olsun nəticəm, ərz et dilindən ey Təbib!
Bu qədər hicrana səbəb bilmirəm ki, hansı xətam,
Usandıq, gəl gör ki, dil parə nisgilindən ey Təbib!
Züleyxa, Paralel.az