Dünyada koronavirusa yoluxma sayı 4.1 milyonu keçib

Dünyada koronavirusa yoluxma sayı 4.1 milyonu keçib
 

Dünyada qeydə alınan koronavirus infeksiyası hallarının sayı 410 242 868 nəfərə çatıb.

"Paralel.az"ın məlumatına görə, bunu ABŞ-ın Cons Hopkins Universitetinin məlumatlarından görmək olar.

Virusun yayılmasının başlanğıcından indiyədək 5 milyon 810 min 840 nəfər dünyasını dəyişib.

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan və Braziliya da var.

Yoluxmuş və ölənlərin sayına görə liderliyi ABŞ qoruyur, burada COVID-19-a yoluxanların sayı 77 707 349 nəfər, ölənlərin sayı 919 255 nəfər olub.

Hindistan yoluxanların sayına görə ikinci yerdədir, burada COVID-19-a təsdiqlənmiş halların sayı 42 631 421 nəfərə, virusa yoluxmanın nəticələrindən ölənlərin sayı isə 508 655 nəfərə çatıb.

COVID-19-a yoluxma hallarının sayına görə üçüncü yerdə 27 434 286 nəfərin yoluxduğu Braziliyadır, onlardan 638 346 nəfər ölüb.

0.021793127059937