4 dəfə pasport qeydiyyat ünvanını, 3 dəfə şəxsiyyət vəsiqəsini dəyişib. Niyə?

4 dəfə pasport qeydiyyat ünvanını, 3 dəfə şəxsiyyət vəsiqəsini dəyişib. Niyə?
 

Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə İmanovanın SİRR PƏRDƏSİNƏ bürünmüş AVTOBİOQRAFİYASI…

Bu şəxslə bağlı Miqrasiya, Sərhəd Xidmətlərinə və digər dövlət qurumlarına göndərdiyimiz sorğulara cavab gözləyirik...
Gülsarə İmanova Türkmənistanda həbsxana həyatı yaşayıbmı ?
Qoy, Türkmənistan  XİN  Gülsarənin keçmişinə aydınlıq gətirsin... 
Azərbaycan Respublikasında məhkəmə hakimliyinə namizədlərin seçilməsi və təyin olunması çox mürəkkəb bir prosesdir. 
Mövzunun  tam əhatə olunması üçün zəruri  məlumatlar verməyə məcburuq.  
Deməli, Azərbaycanda məhkəmə hakimi olmaq üçün gərəkən ilk qurum  Hakimlərin Seçki Komitəsidir. Bu müstəqil qurumdur.  
Məhkəmə-Hüquq Şurası tərəfindən Hakimlərin Seçki Kоmitəsi haqqında Əsasnamə, vakant оlan hakim vəzifələrinə hakim оlmayan namizədlərin seçilməsi Qaydaları işlənib hazırlanmış və Avrоpa Şurasında ekspertizadan keçirildikdən sоnra qəbul оlunmuş, Hakimlərin Seçki Kоmitəsinin tərkibi fоrmalaşdırılmışdır.
Hakimlərin Seçki Kоmitəsinin 11 üzvü vardır ki, оnların da yarıdan çохu hakimdir. Digərləri isə icra hakimiyyəti оrqanını, Məhkəmə-Hüquq Şurasının Aparatını, prоkurоrluğu və vəkilliyi təmsil edirlər. 
Deməli, ölkəmizdə məhkəmə hakimi olmaq istəyən VƏTƏNDAŞ  ilk öncə zəruri sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim etməlidir. 
Sənədlərin siyahısı isə çox uzundur. VƏTƏNDAŞLIĞI təsdiq edən şəxsiyyət vəsiqəsindən tutmuş, ali təhsil diplomu, əmək kitabçası, tibbi arayış və s qədər uzun bir siyahı. 
Sonra böyük bir proses başlayır. 
Sonra namizədlər yarım il davam edən ilkin uzunmüddətli tədris kurslarına buraхılırlar. Məhkəmələrdə stajkeçmə dövrünü də uğurla başa vurduqdan sonra hakimliyə namizədlərlə Hakimlərin Seçki Kоmitəsi tərəfindən yazılı və şifahi imtahan keçirilir.
Daha sonra hakim olmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin testlərindən keçərək Məhkəmə-Hüquq Şurasına təşrif buyururlar. 
Yüzlərlə namizədin içərisindən az sayda şəxs gəlib bu mərhəlləyə çatır. 
Namizədlər Məhkəmə-Hüquq Şurasına təqdim оlunduqdan sоnra Şura tərəfindən оnlarla söhbət aparılır və vakant hakim vəzifələrinin sayına müvafiq birinci instansiya məhkəmələrinin hakimi təyin edilmələri barədə Azəbaycan Respublikası PREZİDENTİNƏ təqdimat verilir.
Bundan sonra Prezident məsləhət bilirsə, həmin şəxsi məhkəmə hakimi təyin edir. 
İndi gördünüzmü, məhkəmə hakimi olmağa gedən yol çox uzundur. 
İndi görək, Suraxanı Rayon Məhkəməsinin keçmiş hakimi, hazırda Zəngilan Rayon Məhkəməsinin sədri olan Gülsarə Kərimovna İmanova  bu uzun yolu necə keçib ? 
Birincisi, hakimliyə namizəd olmağın şərtlərini yuxarıda qeyd edəndə VƏTƏNDAŞLIQ sözünü seçmə ilə yazdıq. 
Hər kəsə bəllidir ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur. 
Bəs onda 16 yanvar 1962-ci il tarixdə SSRİ-nin tərkibində olan  Türkmənistan SSR-də anadan olan, 1984-cü ildə Türkmənistan Dövlət Universitetinin hüquq fakültəsini bitirən, 1984-1986 Çarcou Vilayəti Təmir Tikinti trestinin hüquqşünası, 1986-1992-ci illərdə Çarcou Vilayəti Darqanata rayon hüquq məsləhətxanasının vəkili, 1992-1994-cü illərdə Darqanata rayon Qaz-açak qəsəbə notariat kontorunun notariusu işləyən, 1994-1996-cı illərdə fərdi vəkillik fəaliyyəti ilə məşğul olan Gülsarə Kərimovna 2007-ci ildə müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakıda necə peyda oldu ? 
Birincisi, Gülsarə Kərimovna özünün yazdığı tərcümeyi-halında sonuncu iş yeri 1996-cı il göstərilir, sonra 2007-ci ildə Bakı  göstərilir. 
Gülsarə Kərimovna 2007- 1996 = 11 İL harada olub, nə ilə məşğul olub ?
Deyilənlərə görə, Gülsarə Kərimovna Türkmənistanda sonuncu iş yeri olan vəkillik fəaliyyətindən qovulub və HƏBSXANA həyatı yaşayıb. Əgər belə deyilsə, qoy Gülsarə Kərimovna 11 İL məsələsinə aydınlıq gətirsin. 
İkincisi, Gülsarə Kəromovna müstəqil Türkmənistan dövlətinin vətəndaşlığından imtina edibmi ? 
Gülsarə Kərimovna Azərbaycana hansı statusla və neçənci ildə daxil olub ? 
Biz bu barədə Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanlamışıq. Çünki  Gülsarə Kərimovna miqrant olub, o, Azərbaycana miqrant kimi gəlib.  
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna və   Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti vətəndaşlıq məsələlərində birbaşa iştirak edir. Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul məsələsində iştirakçıdır. 
Ona görə də ümid edirik ki, Dövlət Miqrasiya Xidməti Gülsarə Kərimovnanın Azərbaycanda hansı statusla yaşaması, vətəndaşlığının olub-olmaması məsələsinə və əgər  vətəndaşdırsa, HANSI ƏSASLA vətəndaşlıq əldə etməsi məsələsinə  aydınlıq gətirəcəkdir. 
Eyni məqsədlə sorğumuz Dövlət Sərhəd Xidmətinə də ünvanlanıb: Gülsarə Kərimovna Azərbaycanın dövlət sərhəddini hansı tarixlərdə keçib ? 
Biz eyni məzmunlu sorğunu Türkmənistan Respublikasının Xarici İşlər Nazirliyinə də ünvanlamışıq. 
Bilmək istəyirik ki, bu şəxs hazırda Türkmənistan Respublikasının vətəndaşıdırmı ? 
Və Türkmənistan tərəfi  Gülsarə Kərimovnanın əmək stajı və nikah məsələsinə də aydınlıq gətirməlidir. 
Gülsarə Kərimovna Türkmənistanda  nikah münasibətində olubmu, övladı varmı ?  
Eyni zamanda Gülsarə Kərimovnanın ölkəmizdə nikah münasibəti ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ idarəsinə  sorğu göndərmişik. 
Digər  sorğunu Gülsarə Kərimovnanın pasport qeydiyyatında olduğu rayonun Polis İdarəsinə ünvanlamışıq. Ki, bu şəxs Azərbaycanda hansı ünvanlarda pasport qeydiyyatında olub. 
Bizdə olan məlumata görə Gülsarə Kərimovna Azərbaycanda 4 dəfə - 2002, 2003, 2012 və 2020-ci illərdə pasport qeydiyyat ünvanını, 3 dəfə isə şəxsiyyət vəsiqəsini dəyişib. Niyə, nə məqsədlə ? 
Ən şübhəlisi odur ki, arxivlərdə bu şəxsin polis şöbəsinin vediyi vətəndaşlıq alması ilə Forma 1 və Forma 9 arayışları ilə bağlı sənədlərin heç birinin surəti tapılmır. 
Gülsarə Kərimovnanın özünün yaxınlarına dediyinə görə, guya  Qubadlının Qəzyan kəndindən olan Azərbaycan vətəndaşı ilə nikahda olub və əri  Qarabağda şəhid olub. Amma məlumata görə, Gülsarə Kərimovnanın dediyi şəxs koronavirusdan dünyasını dəyişib. 
Digər məlumata görə, Gülsarə Kərimovnanın 2 qız övladı var: Biri ASAN Xidmətdə, digəri isə Miqrasiya Xidmətində çalışır. 
Gülsarə Kərimovna bu boyda əməlləri kimin əli ilə həyata keçirib ? 
Yəqin araşdırmalarımız bu məsləyə də aydınlıq gətirəcək. 
Çünki Gülsarə Kərimovna  həmişə deyir ki, Ramiz Mehdiyevin əli ilə nə istəsəm edə bilərəm, Ramiz Mehdiyevi istəməyənləri mən istəmirəm.  Baxmayaraq ki, hazırda  PA-nın rəhbəri deyil, amma əli yenə də hər yerə çatır. Ardı daha maraqlı olacaq.

Paralel.az

0.020638942718506