İş adamının oğlu federasiyanın prezidenti seçildi

İş adamının oğlu federasiyanın prezidenti seçildi
 

Azərbaycan Qolf Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Paralel.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşib.

Rauf Xəlilov federasiya prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2018-ci ildə fəaliyyətini dayandırıb. Həmin vaxta qədər federasiyaya sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edirdi.

Rauf Xəlilov isə məşhur iş adamı, İSR Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludur.

0.018041133880615