Qadın alveri ilə məşğul olan bu qardaşlara  hansı məmur “krışalıq”  edir? - VİDEO

Qadın alveri ilə məşğul olan bu qardaşlara  hansı məmur “krışalıq”  edir? - VİDEO
 
 
 
  Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvaları, qadın alveri barədə silsilə yazılar dərc etsək də hələ ki, dövlət qurumlarından bir səs-soraq yoxdur.
Cənablar, Adəm və Hatəm qardaşlarını  qoyaq bir kənara.
Axı, biz Azərbaycan Respublikası olaraq Avropa Şurasının üzvüyük. Və bizdən xahiş etməyiblər ki, gəlin Avropa Şurasının üzvü olun.
Biz bir dövlət olaraq Avropa ailəsinə üzv olmaq üçün müraciət etmişik və üzərimizə öhdəliklər götürmüşük.  
Hər hansı bir beynəlxalq quruma üzv olursansa, üzərinə öhdəliklər götürürsən.
Məlumat üçün qeyd edək ki, biz bir dövlət olaraq Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə” haqqında KONVENSİYASINI parlamentdə təsdiq etmişik.
İndi özünüz deyin, bizim bir dövlət olaraq marağımıza AŞ-nın Konvensiyasına əməl etmək  uyğundur, yoxsa...
Adəm və Hatəm qardaşlarının fahişə biznesinin çiçəklənməsi..?
Biz hələ milli mentalitet, mənəvi dəyərlər, müsəlmançılıq və s məsələləri qoyuruq bir kənara. Axı, özünə hörmət qoyan dövlət üzv olduğu qurumun qaydalarına əməl etməlidir.
O ki, qaldı mənəvi dəyərlər məsələsinə...
Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz bir millət olaraq milli-mənəvi dəyərlərimizdən geri çəkilən deyilik.
Həə, Avropa Şurasının Konvensiyasını yadınıza saldıq, cənab Prezidentimizin sözünü yadınıza saldıq..
Bəs, bütün bunlara niyə müvafiq qurumlar əməl etmir ?
Yəni Adəm və Hatəm qardaşları bu qədər  gücə və imkana malikdir ?
Gundemxeber.Az gundelik-baku.com-a istinadla bildirir ki,   Adəm və Hatəm qardaşlarının  əxlaqsız əməlləri ilə bağlı mediada  silsilə  yazılar dərc olunur...
Yazımızın  “qəhrəmanları”  olan  Adəm və Hatəm  qardaşları konkret olaraq  qadın alveri ilə məşğul olurlar...
Milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir.
Niyə Adəm və Hatəm qardaşları ilə bağlı tədbir görülmür ?
Niyə qardaşların açdığı “priton”un ərazisinin sahə müvəkkili,  polisi  gəlib görmür ki, Adəmlə Hatəmin “obyekt”ində nələr baş verir ?
Adəm və Hatəm qardaşlarının yaratdığı  əxlaqsızlıq şəbəkəsində yüzlərlə  qadın fahişələr var.
Əgər  bu işlərin təşkilatçısı olan Adəm və Hatəm qardaşları həbs olunarsa, problem də bitər.  
Bir daha  təkrar edirik ki, Bakıda bu işlərin bir təşkilatçısı var:  ADƏM və HATƏM.  
Bu iki qardaş  qadınları istismar etməyi şəxsi biznesə çeviriblər.
Qardaşların obyektlərinə kimlər gəlmir, kimlər getmir. Və qardaşlar öz müştərilərinin videolarını yayaraq,  onları  şantaj edərək  bizneslərini çiçəkləndirirlər.
Yəni qardaşların “obyekt”ləri təkcə əxlaqsızlıq yuvası deyil, həm də KOMPRAMAT toplamaq üçün məkandır. İndi gördünüzmü, problem nə qədər ciddidir.
Başa düşürsünüz, artıq  belə əxlaqsızlıq yuvaları məktəblərin, uşaq bağçalarının, yaşayış binalarının, məhəllələrin ərazisinə daxil olublar e, cənablar.
Bəs onda nə üçün  bu qardaşlara  DUR deyən yoxdur.
Bəli, Adəm və Hatəm qardaşlarına “qaz verən”  iri məmur olmasa, onlar bu qələti edə bilməzlər.
Bax, əsas məsələ budur.
Yəqin ki, yaxın zamanda “qaz verən”in kimliyi bəlli olacaq.
P.S Bu mövzuları gündəmə gətirənləri həbs etdirməklə işlər bitmir, cənablar.
Amma Adəm və Hatəm qardaşlarına bir sual verirəm, fahişə biznesindən əldə etdiyiniz pullarla ailə uşağınıza bazarlıq edib aparanda heç soruşurlarmı ki, bu pulu haradan qazanmısınız.
 
Paralel.az

0.017915964126587