Fironların zülmündən qurtulmaq istəyənlər inək qurbanı kəsməlidirlər

Fironların zülmündən qurtulmaq istəyənlər inək qurbanı kəsməlidirlər
 


Elmi-ladun işığında

Elm və Peyğəmbərlik əsri olan XXI əsr başlayanda Rəbbim mənə elə bir elm bəxş etdi ki, onunla Quranın açılmamış sirlərinə işıq salıb bir çox mətləbləri üzə çıxarmaq mümkün oldu. İndiyədək kitablarımda, məqalələrimdə və paylaşdığım statuslarda bu mətləblərdən bəzilərini diqqətinizə çatdırmışam. Bugünkü söhbətim "İnək" (Bəqərə) surəsi barədədir. Daha doğrusu surədə keçən əhvalatın həyatda başıma gəlməsini danışacam.
Əvvəlcə qeyd edim ki, surənin mahiyyəti ondan ibarətdir ki, Misirdə iki tayfadan biri (Firoon tayfası) o birinə (Musa tayfasına) zülm edirdi və heç bir hüquq tanımırdı, istədiyi adamı öldürsəydi qanı batırdı. Musa (ona salam olsun) tayfasının xilası üçün Rəbbinə dua etdi və cavab aldı ki, qızılı rəngdə, üç yaşında, kələ görməmiş bir inək (düyə) qurban kəssələr, onu qəbul edib, tayfanı zülümdən azad edərəm (bax: 67-72-ci ayələrə)
Surədəki sirləri öyrənərkən mənə məlum oldu ki, bu gün bəşəriyyət həmin situasiyanı yaşamaqdadır və insanlar müasir firoonların zülümündən qansız xilas olmaq istəyirlərsə, həmin əlamətlərdə inəyi (düyəni) tapıb, ikinci dəfə qurban kəsməlidirlər. Surənin 2 rəqəmi ilə nömrələnməsi də məhz bununla bağlıdır. (Ümumiyyətlə, Quranda keçən bütün hadisələr bu əsrdə bu və ya digər formada görünəcək.)
Bunu biləndən sonra, mən həmin əlamətlərdə inəyi axtarmağa başladım. Bir neçə ildən sonra bir şair dostum (o həm də tamadadır.) yanıma gəlib, dedi inək axtarırsan? Əvvəl heç nə yadıma düşmədiyindən, dedim yox. Dedi bu gecə yuxumda filankəsi gördüm, qabağında bir topa öz heyvanlarını aparırdı, içərisində qızılı rəngdə bir düyə vardı, bir səs mənə dedi ki, bu düyə Paşa Yaqubun neçə ildir axtardığı düyədir.
Şair dostum yuxunu danışanda, yadıma düşdü ki, mən Qurandakı inəyi axtarıram, Allah-təala mənə nişan verir. Dediyi adamı tanıyırdım, axşamüstü evinə gedib, bu əlamətlərdə düyəsinin olub-olmadığını, satıb-satmadığını öyrəndim. Kişi dedi var, 3 yaşındadır, çöldə-bayırda azad gəzsə də, kələ başqa heyvanlara yaxınlaşır, nədənsə ona yaxınlaşmır. Dəfələrlə satmaq istəmişəm, arvad qoymur ki, həyətimizin yaraşığıdır, satmıram.
Maraq üçün gedib heyvanlar saxlanan yerdə həmin inəyə baxdım, gördüm Qurandakı bütün əlamətlər bunda var. Təxmini hesabladım ki, bunun ən yüksək bazar qiyməti 100 "şirvan" olar. Arvada bu məbləği təklif etdim ki, heyvanı sat mənə, dedi pula ehtiyacım yoxdur, satmıram. Soruşdu ki, doğmayan heyvana nə əcəb bu qədər təklif edirsən, hansı ki, bazarda bu pula daha sərfəlisin ala bilərsən? Qurban kəsəcəyimi deyəndə, arvada gülməli gəldi, dedi inəkdən qurbanmı olar? ("Onlar dedilər: "Bizi məsğərəyəmi qoyursan?" Quranın həmin ayəsi.) Səhəri gün həmin qadına 150, birisi gün isə 200 "şirvan" və yaxud yanı balalı bir inəyi bazardan alıb verməyi, düyəni onunla dəyişməyi təklif etdim. (And olsun ki, həmin anda mənim bir kamaz pulum olsaydı, hamısını ona təklif edərdim.) Arvad iki ayağını bir başmağa dirəyib, satmayacağını dedi. Bundan əlavə qonşu qadınların da yanında mənim dəli olduğumu, erkək heyvanlar dura-dura dişini qurban kəsmək istədiyimi lağnan danışırmış. Sonuncu söhbətimdə ona bildirdim ki, mənə satmırsansa, eybi yoxdur, amma bu heyvanı heç vaxt qəssaba satma, çünki oradan restoranlara və içki məclislərinə gedəcək və günaha batacaqsan, düyədə Allahın nişanəsi olduğundan, ona kələ yaxınlaşmır. Mən danışdıqca gördüm arvad gülür....
 Bir neçə aydan sonra xəbər tutdum ki, həmin düyəni 70 "şirvana" qəssaba satıblar, bir neçə heyvanla birlikdə. Arvadı qəfil sancı tutduğundan Bakıda əməliyyat olunub. Bu minvalla ailə üzvləri bir neçə dəfə əməliyyat olandan sonra həmin həyətdəki heyvan sürüsündən əsər-əlamət qalmadı. Aradan cəmi bir neçə il keçib, həmin ailədəki bir dəstə külfətdən də heç kəs qalmayıb, sonuncu həmin qadın dünyasını dəyişdi ki, 40-ı yeni çıxıb. Allah hamısına rəhmət eləsin, günahların bağışlasın...
... Bu əhvalatı danışmaqda məqsədim insan oğlunun diqqətini bir daha həmin qurbana cəlb etməkdir ki, firoonların zülmündən qansız-qadasız qurtarmaq üçün Rəbbim onun kəsilməsini istəyir.

Qurbana şərik olmaq üçün say məhdudiyyəti yoxdur və onu istənilən ölkədə zülmə məruz qalan toplum cəmləşərək, halallıqla alıb, kəsə bilər.
Bu qurbanlıqda başqa nüanslar da var ki, bunlar ictimaiyyət üçün deyil.
 (Əgər kimsə bu əlamətlərdə heyvanın yerini bilirsə xəbər etməsini xahiş edirəm.)
"Nəhayət onlar inəyi tapıb kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər". 2:71
Dr. Paşa Yaqub
Paralel.az

0.021828174591064