Gürcüstanda özünütəcrid müddəti azaldılır

Gürcüstanda özünütəcrid müddəti azaldılır
 

Koronavirusun yayılmasına görə tətbiq olunan özünütəcrid müddəti beynəlxalq təcrübəyə əsasən Gürcüstanda yenidən azaldılacaq.

Paralel.az xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Qaribaşvili məsələnin müzakirəsini Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət milli mərkəzinə tapşırıb.

Qeyd olunub ki, qərar qəbul olunarsa özünütəcrid müddəti 5 günə endiriləcək.

Qeyd edək ki, hazırda Gürcüstanda təcrid qaydalarına görə xəstəliyi simptomsuz keçirənlər üçün 8, xəstəliyi orta və ağır simptomların olduğu şəxslər üçün isə 10 gün təyin edilib.
Akif Nəsirli

0.015501976013184