Kimlər MİQ imtahanlarında iştirak edə bilməz?
Təhsil Nazirliyi bakalavr ixtisası fərqli, magistr təhsili isə müəllimlik olanların müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) imtahanlarında iştirak etmələrinə icazə verilib-verilməməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində baza təhsili (bakalavr) müəllimlik ixtisası olan namizədlərin ərizəsi qəbul olunur:
"Həmin şəxslər müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanırlar" - deyə, açıqlamada qeyd olunub.
Paralel.az