Sayğaclara mobil telefonla ödəniş etmək mümkün olacaq

Sayğaclara mobil telefonla ödəniş etmək mümkün olacaq
 

Azərbaycanda sayğaclara mobil telefonla ödəniş ediləcək.

“Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir. 

Paralel.az” xəbər verir ki, NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur.

İstifadə üçün telefona “Azərişıq” mobil tətbiqi endirilməlidir. Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlşadıraraq ödəniş edilir.

Bu yenilik sayəsində abonent elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək. 

NFC sayğacların digər müsbət tərəflərindən biri də odur ki, artıq “Azərişıq” ASC əməkdaşı tərəfindən ünvanda sayğacın aylıq oxunmasına da ehtiyac qalmır. Bu da abonentlə nəzarətçi arasında fiziki təması aradan qaldırır və şəffaflığı tam təmin edir. 

Müasir texnologiyalardan istifadə, innovativ yeniliklərin tətbiqi “Azərişıq” ASC-nin əsas hədəfləri sırasındadır. NFC sayğacların istimara verilməsi də bu istiqamətdə atılan addımlardan biridir. 

0.028164863586426