UZİ xarab olub, yoxsa səhiyyə sistemi?
Qazaxdan Elnur Quliyev adlı oxucumuz yazır:
-Hörmətli oxucular, başıma gələn bir hadisəni sizlərlə bölüşmək istərdim. Həyat yoldaşımın bogazında elmi dildə desək qalxanvari vəzin şişməsi - yəni zob xəstəliyi vardı. Bu xəstəlik ona cox əziyyət verirdi. Məsələn, ürək döyüntüsü, əldə uyuşma, saç tökülməsi, özündən aslı olmayaraq əsəb və s.
Günlərin bir günü yoldaşımı Qazax rayon xəstəxanasına götürdüm. Analizlər, UZİ aparatı... Cavab heç də ürək açan olmadı. Zob həkiminin yanına gedib, bu xəstəliyin müalicə olunması üçün müraciət etdik. Həkim bu xəstəliyin gecikməsini, üstəlik, müalicənin xeyri olmadıgını qeyd edərək, mütləq cərrahiyyə əməlyatının vacibliyini dedi. Həkimə dəfələrlə sual verdim və cox xahiş etdim ki, bu xəstəliyi müalicə yoluyla dəf etsin. Cox təəssüflər olsun ki, cərrahiyyə əməliyyatınnan başqa cıxış yolu göstərmədi.
Sözün açığı rayon yeri olduğu ücün, həkimlərə güvənməyib, Bakıya üz tutdum. Bakıda təkrar analiz, UZİ... cavab eyni - rayondakı kimi çıxdı. Bakıda da eyni sözü dedilər: bu xəstəlik gecikmədən cərrahiyyə əməliyyatı olunmalıdır. Gecikərsə ağır xəstəliklə nəticələnə bilər. Bir az müalicə edib, cərrahiyyə əməliyyatı olmaq üçün hazırlaşmağımızı təklif etdilər. Nə isə, təklifi qəbul edib, Bakıdan dərmanları alıb, rayona döndüm. Rayonda 10 gün müalicə olunduqdan sonra, həkimin 10 gündən sonra təkrar UZİ aparatından kecmək tapşırığına əməl edib, müayinədən keçdim və analizlər verdim. Heç bir xeyri olmadı...
Yenidən Qazax rayonunda calışan həkimin yanına getdim və analiz kagızlarını, üstəlik Bakıda yazılan dava-dərmanların reseptini göstərdim. Həkim kagıza baxaraq cox əsəbləşdi: bu nədi, bunu kim yazıb - dedi? Dedim Bakıda həkim yazıb, noolub, nə məsələdi? Dedi hansı agılla, hansı savadla bu dərmanları yazıb? Bu dərmanların xəstə ücün heç bir aidiyyəti yoxdur; bu dərmanlar sadəcə müqaviməti gücləndirmək ücündür. Etməyib tənbəllik, Bakıda olan həkimlə, rayonda olan həkim arasında telefon əlaqəsi yaratdım. Biraz danışdıqdan sonra telefonu söndürüb: o kimdi bilmirəm, tanımıram, bircə onu bilirəm ki, o savadsız həkimdi - dedi. Dedim həkim, bəs mən nə edim, hara gedim, nə məsləhət görürsən?
Dedi əgər istəyirsən müalicə yazım, 2- 3 ay bu müalicəni edin. 2-3 aydan sonra cərrahiyyə olunmalıdı, başqa çıxış yolu yoxdur. Dedim yaz, onda nə yazırsan. Nə isə, bir vərəq dava-dərman yazıb, bizi ugurladı: gedin, 3 aydan sonra gələrsiz deyə.
Xəstəxananı tərk edib, başqa bir zob həkiminin yanına üz tutdum. Eynisini o biri həkim də dedi və o da başqa bir resept yazdı: gedin bunları alın, cərrahiyyəyə hazırlaşın dedi.
Gəldim aptekə, satıcıya yaxınlaşıb reseptin ikisini də uzadaraq: qardaş, səndən çox xahiş edirəm bu reseptin hansını məsləhət görürsən? - deyə soruşdum. Cavab verdi ki, ikinci getdiyin həkim illərin həkimi oldugu üçün, onun reseptini al. Ən azından illərin həkimidi - dedi. Nə isə, dəva- dərmanı alıb, evə döndüm. Bir necə vaxt aradan keçdi, təkrar analiz UZİ aparatı... heç bir xeyri olmadıgını gördüm. Cərrahiyyə əməlyatı ücün hazırlaşdım.
Bu arada moderator.az saytında bir xəbərə rast gəldim. Dava-dərmansız elmi-lədun metodu ilə insanların xəstəliklərdən müalicə olunmasının mümkünlüyü barədə bir xəbəri oxudum. Bu həkimin adı Paşa Yaqub idi. Etməyib tənbəllik Paşa Yaqubu tapdım. Onunla tanış olub, başıma gələni ona danışdım. Cavab verdi ki, Elnur, yoldaşınla gəl yanıma, narahat olma, mən sagaldacam. Sözün acıqı ilk başda inanmadım. İnanmamagımın səbəbi həkimlərin cərrahiyyə əməlyatı barədə qəti qərar verməsi idi. Bu qərar gözmün önünü kəsirdi. “Yaxşı, Paşa doktor, gələcəm” dedim.
Bu arada Bakıda yaşayan bir qohmum depresiyya deyilən bir xəstəlikdən çox əziyyət cəkirdi, hər gün səhərdən axşama səbəbsiz yerə oturub ağlayırdı. İlk öncə bu yaxın qohmumu Paşa doktorun yanına getməsini istədim. Fikirləşdim ki, bunu sağaltsa, deməli düz deyir, yoldaşımı da sağaldar. Həmin qohumum da mənə güvənərək, Paşa Yaquba üz tutdu. Aradan iki həftə kecmiş qohumumun yaxşı olması xəbərini eşitdim. Paşa Yaquba daha da inamım artdı. Etməyib təmbəllik 470 km yolu qət edərək, Bakıya - Paşa Yaqubun yanına getdim. Sağ olsun, məni gözəl bir şəkildə qəbul etdi. İlk senansı elə həmin gün etdi. Bizi yola salarkən daha iki dəfə gəlməyimizi söylədi. “Baş üstə” deyərək, xəstəxanadan uzaqlaşdıq. Onu da nəzərnizə catdırım ki, ilk senansdan sonra yoldaşım özündə biraz yüngülkük hiss elədi. Təkrar rayona qayıdıb, daha iki dəfə Paşa doktorun qəbuluna gəldik. Üçüncü senansdan sonra: Elnur, get, narahat olma, 1 aydan sonra apar harada istəyirsən aparatdan kecir, yoldaşın yaxşı olacaq dedi. Sözün acıgı biraz ürəyimdə şübhə qaldı. Dedim Paşa doktor, bir aydan sonra yenidən aparatdan kecirəcəm, əgər xeyri olmasa səni social şəbəkədə biabır edəcəm. Paşa doctor dedi necə məsləhətdi, nə istəyirsən edərsən, mən Allahı cagırıb, əlimdən gələni etdim, deyərək, mənimlə sağollaşdı.
Əziz dostlar, aradan bir ay kecdi, mən üz tutdum yenidən rayonmuzda (Qazaxda) olan klinikalardan birinə, təbii ki, UZİ aparatından kecməyə. Aparatın cavabı cıxdı. Aparata salan həkim Könül xanım təəccüblə yoldaşımın üzünə baxaraq: sən həftənin ikinci, yaxud, ücüncü günü Ağstafaya gəl, səni orada birdə aparata salacam dedi.
Biz də “baş üstə” deyərək, xəstəxananın ücüncü mərtəbəsinə - ilk başda cərrahiyyə əməliyyatı olunmalısan deyən həkimin yanına qalxdlq. Əvvəlki aparat kagızını, bir də yeni çıxan UZİ kagızını həkimin qarşısına qoyaraq, həkimdən əvvəlki ilə indiki fərqi öyrənməyə çalışdıq. Həkim üzümüzə baxaraq: bu ola bilməz, bu mümkünsüzdü, deyərək, aparatın xarab olduğunu, cavabı doğru cıxarmadıgını söyıədi. Dedim necə bəyəm, bu aparat hər gün neçə insanı müayinədən keçirir. Bu aparat saxtadırsa nədən onda millətin cibinə girib, yalandan aparatdan kecirirsiz? Cavab əvəzinə soruşdu ki, sən bu xəstəni harada müalicə etdirmisən? Dedim heç bir dəva dərman olmadan, elmi-lədun metdu ilə müalicə olunub.
Üzümə baxıb gülümsəyərək: bu mümkünsüzdür, biz həftədə bir, 10 gündə bir alimlərlə yıgışıb müşavirə keciririk, əgər bu xəstəliyin çarəsi olsa biz də bilərik dedi. Dedim bəs biz kimə inanaq neyləyək? Cavab verdi ki, siz gedin yenidən Ağstafada UZİ-dən kecin. “Yaxşı, təkrar kecib gələrik” dedim.
Elə də etdim. Təkrar Ağstafada UZİ aparatından keçdik. Aparata salan Könül xanım Qazaxda çıxan aparat kagızını cıraraq: ikisi də eynidi, heç bir fərq yoxdur dedi.
Biz yenidən Qazağa həmin aparat kagızına inanmayan həkimin yanına gəldik. Həkim yenidən aparat kagızlarını gözdən kecirərək: “bəli, xəstəlik cərrahiyyəlik deyil, əvvəlkindən fərqli olaraq yarıdan aşagıdır” dedi. Yəni, 50 %-dən az qalıb. Dedi istəyirsən müalicə yazım, o da çıxıb gedəcək. Mən ona gülümsəyərək, çox sağ olun, bizim öz həkimimiz var; hansı ki, dəva dərmansız müalicə edir, ehtiyac yoxdur - deyib, xəstəxanadan ayrıldıq. Təbii ki, sevincimizin həddi hüdüdu olmadı. Mən burdan ilk başda Allahıma, daha sonra Paşa Yaqubu bizim qarşımıza çıxaran moderator.az saytına öz təşəkkürümü bildirirəm. Paşa doktora təşəkkürüm ayrıcadır. Çünki, o, bizim tükənmiş ümidlərimizi doğrultdu; hansı ki həkimlərin verdiyi “bu xəstəlik cərrahiyyəlikdi, başqa yolu yoxdur”, qərarı ümüdlərimizi kəsmişdi.
Mən bir daha Paşa həkimə sonsuz təşəkkür edirəm inanıramki yerdə qalan 50 %-də digər senanslarında birdəfəlik yox edəcək.
Söz ardı: mənə elə gəlir ki, xəstəxanadakı UZİ xarab olmayıb, ümumilikdə səhiyyə sistemi xarab olub.
Paralel.az