Lütfi Zadə - 101

Lütfi Zadə - 101
 

Paralel.az xəbər verir ki, 4 fevral 1921-ci ildə elm xadimi Lütfi Zadə anadan olub. O, Bakının Novxanı kəndində dünyaya gəlib.

1959-cu ildən Kaliforniyanın Berkli Universitetində profes­sor, 1963-cü ildən Elektrik mühən­disliyi və kompüter elmləri kafedrasının rəhbəri, daha sonra isə Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir. Həmin uni­ver­sitetdə ömürlük professor statusu almışdır.

ABŞ-ın Berkli şəhərində İnfor­masiya Texnologiyası üzrə Zadə İnstitutu (ZİFİT İnstitutu) yaradıl­mışdır.
Lütfi Zadə 5 Fundamental elmi nəzəriyyə təklif etmişdir.

O, dünyada əsərlərinə ən cox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36.000-dən çox istinad edilmişdir.

Bir cox xarici ölkə akademiyalarının üzvü, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olmuşdur.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə vəfat etmişdir.
Akif Nəsirli

0.031437158584595