Şəhid ailəsinin evində təmir işləri tamamlandı

Şəhid ailəsinin evində təmir işləri tamamlandı
 

Paralel.az xəbər verir ki, paytaxtın Nəsimi rayonunda yaşayan şəhid ailəsinin evində təmir işləri tamamlanıb.

Bu haqda bu gün Nəsimi rayon İcra Hakimiyyəti xəbər verir.

Şəhid Elxan Məmmədovun ailəsinin yaşadığı Asif Məhərrəmov 68A ünvanındakı 3 otaqlı mənzil əsaslı təmir olunub. Yekun işlərə RİH-nin başçısı tərəfindən baxış keçirilib.

“Bu günə qədər rayon ərazisində yaşayan 6 Şəhid ailəsinin mənzili təmir edilib”, – deyə qurum əlavə edib.
Akif Nəsirli

0.013871192932129