Yolları bərbad və yamaqlı İsmayıllı rayonu 

Yolları bərbad və yamaqlı İsmayıllı rayonu 
 
Yolları bərbad və yamaqlı İsmayıllı rayonu turistlərin ən çox gəldiyi rayonlardandır. 
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təyin olunduqdan bir müddət keçən kimi töhməti nəyə görə aldı və bu töhmətdən nətiçə çıxara bildimi?
İsmayıllı rayon İcra Hakimiyyətinin beş addımlığında Heydər Əliyevin adını daşıyan prospektin tanıtımı lövhəsi nədən bərbaddır, bəs nəyə görə Cavanşirin adını daşıyan küçədə belə hallar yoxdur. Bu gücü, təpəri rayon rəhbəri, və yaxud aidiyyatı qurumlar kinlərdən alır? 

İsmayıllı rayonu mənim ən çox sevdiyim rayonlardandır, odur ki, bu rayona da, tez-tez səyahət edirəm. Rayon icra hakimiyyətinin keçmiş başçısı Nizami Ələkbərovun vaxtında mətbuata çox açıq olan rayon rəhbərliyi, bu gün pandemiya ilə əlaqədər müxtəlif bəhanələrlə mətbuatdan qaçmağa çalışır. Bir gün İsmayıllıda qalmaqla sözügedən rayonda idarəçiliyin zəif olduğu qənaətinə gəldim. Əlbəttə ki, bu mənim şəxsi fikrimdir. Yol mədəniyyətdir deyiblər, bu kəlməni əsas götürsək İsmayıllı rayonunda adamı düz anlamazlar.

Belə ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin “9” saylı İsmayıllı Yol İstismarı MMC-nin rəhbəri Rəşad Kərimovun dırnaqarası səriştəsi üzündən İsmayıllı yolları daha çox yamaqlı və bərbad olması ilə digər rayon yollarından seçilir. Hansı yoldan ki, Cənab Prezident keçə bilər, həmin yollara yamaq vurulub. Hansı yollardan əmindirlər ki, Prezident keçməyəcək, həmin yollar tamamilə bərbaddır. İsmayıllıda olduğumuz bir gün ərzində, şəhərin mərkəzi küçələri ilə kəsişən digər küçələri gəzdik. Çox acınacaqlı bir mənzərəylə rastlaşdıq. Görünür bu rayonda göz qabağında olan nə vardırsa oraları təmir edir, abadlaşdırırlar. Gözdən uzaq yerlər isə biabırçı gündədir desək, yanılmarıq. İcra hakimiyyətinin əlli metrliyində belə arxa küçə olduğuna görə biabırçı vəziyyətlə rastlaşdıq.

Şəhərin mərkəzində, icra hakimiyyətinin inzibati binasının beş addımlığında Heydər Əliyev prospekti yazılmış lövhə sanki kiməsə acıq verirmiş kimi biabırçı vəziyyətdə asılıb. Mən YAP-nın üzvü olduğum üçün və Ümummilli liderimizə sevgim həddən artıq olduğuna görə dərhal İsmayıllı RİH-nə daxil oldum və növbətçi olan Bəhruz müəllimə bu barədə məlumat verdim. Ancaq öz-özümə sual dolu fikirlərə qərq oldum. Necə olur ki, şəhərin mərkəzi küçəsinin arxasındakı Cavanşir küçəsindəki tanıtım lövhələri sağlamdır, ancaq Nahid Bağırovun hər gün işə gələndə rastlaşdığı Heydər Əliyev prospektindəki tanıtım lövhəsi bərbaddır? Bəlkə elə N. Bağırov da, gündüz bir bayrağa, axşam digər bayrağa xidmət edir?, nə deyim, onu şəxsən tanımadığıma görə yalandan heç nə deməyəcəyəm. Ancaq görünən odur ki, Heydər Əliyevin adına hörmətsizlik olub, mən də, sadə Azərbaycan vətəndaşı olaraq, buna öz iradımı bildirdim. Düzdür Nahid müəllim pandemiya üzündən jurnalistlərə qapalı olduğu üçün onunla görüşə bilmədik. Hansı ki, bir gün əvvəl Cənab İlham Əliyev gənclərlə görüşərək, bir daha məmurlara örnək oldu. Hesab edirəm ki, Nahid müəllim prezidentimizin belə mesajlarından nəticə çıxara bilmir, əks təqdirdə yenicə təyin olunan kimi Prezidentimiz tərəfindən də, tənqid olunmazdı.
İsmayıllı rayonunda Rayon Mərkəzi Xəstəxanasında da, oldum və burada da, Prezident İlham Əliyevin qəbul etdiyi qərarlara zidd hərəkətlərin şahidi oldum. Belə ki, pandemiya dövründə vacib olan masqadan istifadə edənlərə çox az rast gəldim. Növbəti sayımızda RMX-ı ilə bağlı çəkdiyim videoları da, oxucularımızın diqqətinə çatdıracağıq.
PS: İsmayıllı rayonunda olduğumuz bir gün ərzində xeyli faktları lentə aldığımız üçün hamısını bir yazıya yerləşdirə bilmədik. Vətəndaşların şikayətlərini də, növbəti saylarımızda oxucularımıza təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini də, çap etməyə hazırıq.
Əlmaniz Ələkbərli , Azərbaycan jurnalistlər və yazıçılar birliyinin üzvü.

 Paralel.az

YOLLARI BƏRBAD VƏ YAMAQLI İSMAYILLI RAYONU TURİSTLƏRİN ƏN ÇOX GƏLDİYİ RAYONLARDANDIR.

0.019666910171509