Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 



Ukrayna ətrafında gedən siyasi qütbləşmədə, iqtisadi maraqlar adı altında strategiyalar əsas məqsəd daşıyır.
 Ukrayna prezidenti Zelenskinin Qərbi günahlandırması, Rusiyanın, daha doğrusu Putinin NATO Ukraynanı silahlandırır və Ukrayna NATO-ya qəbul edilərsə, biz NATO ilə müharibəyə cəlb edilirik, iddialarına cavab sayıla bilər. Əslində isə Rusiya, məhz bu məsələdə haqlıdır. Abş və Qərb Ukraynanı müharibəyə hazırladığı açıq şəkildə görünür. Rusiya hər zaman yürütdüyü siyasətini dəyişməyə məcburdur. Bundan sonrakı dönəmdə bu siyasəti davam etdirdiyi təqdirdə, ölkəsini çətin bəlalar gözlədiyini də artıq anlamalıdır. Rusiya üçün görünən odur ki,o Ukrayna məsələsində vaxt itirmədən geri addım atmalıdır. Əks halda qazılmış quyuya düşə bilər. Bu səfər düşərsə, mütləq göməcəklər. Qərb ölkələrində Rusiyaya qarşı qütbləşmə siyasi addımdır. Fransa və Almaniya Rusiyanın ehtimal olunan aqressiv hərəkətlərinə qarşı, neytral görünən mövqe nümayiş etdirirlər.
  Rusiya bütün bunları dərk etdiyindən, artıq müharibə olmayacaq bəyanatları verir. Mənə görə İlham Əliyevin və indi də Tayyib Ərdoğanın Ukraynaya səfərləri, Putinin xahişi ilə baş verir. Çünki yaz aylarına qədər Ukrayna məsələsi qismən də olsa öz həllini tapmasa, Rusiyanın vəziyyəti ağır olacaq.
Paralel.az

0.015355110168457