Osman Gündüz yazır...

Osman Gündüz yazır...
 
Ukrayna Ombudsmanı bu ölkədə fəaliyyət göstərən Belorus şirkətini Ukrayna dili haqqında qanunu pozmaqda günahlandırıb
Belə ki, bu ölkədə ofisi olan Belorus İT şirkəti vakant yerə iddia edən ukraynalı işçini rus dilini bilmədiyinə görə işə götürməyib. Hansı ki, onun ingilis dili bilikləri də yetərincə olub.
Elan olunan vakant yerə iddia edən ukraynalı namizəd yalnız ukrayna dilində danışa biləcəyini bildirəndən sonra həmin İT şirkət onun namizədliyindən imtina edib. Hətta ona bildirilib ki, şirkətin ofisində danışıqlar və yazışmalar rus dilində aparılır.
İddiaçı bunu ictimailəşdirəndən sonra məsələ böyüyüb və Ombudsman işə qarışıb.
Bundan sonra İT şirkətin rəhbərliyi üzr istəyib və bir daha diskriminasiyaya yol verilməyəcəyini bildirib.
Paralel.az
0.017636060714722