Təhsil işçisi şikayətçidir

Təhsil işçisi şikayətçidir
 

Ağstafa təhsilindəki neqativ hallar haqqında sosial mediada, davamlı olaraq tənqidi materiallar yazılır.

Amma nə faydası. Ağstafa təhsili düzəlmir ki, düzəlmir… Rayon təhsilindən çoxlu şikayət məktubları var. Şikayətçilərin müraciətlərini nəzərə alıb, biz də mətbuat olaraq bütün neqativləri zamanı çatdıqca ictimailəşdirəcəyik. İndi isə belə Şikayətlərdən biri ilə sizi taniş etmək istəyirik.

Şikayətçi Hacıyeva Könül Arif qızıdır. Ağstafa rayon 1 saylı tam orta məktəbində laborant vəzifəsində işləyib. Könül xanımın dediyinə görə, Rusiya Federasiyasının Saratov şəhərində qiyabi ali təhsil almaq üçün 2020-ci ildə qəbul imtahaninda iştirak edib. O vaxt direktor işləyən Sehid Elvin Imaməliyevden (qeyd edək ki, Elvin müəllim 44 günlük Vətən müharibəsində şəhid olub) ərizə ilə icazə alaraq Rusiya Federasiyasına gedib.

Covid-19 pandemiyası ilə əlaqədar həm ölkəmizdə ümumtəhsil orta məktəbləri, həm də dövlət sərhədləri bağlandı, deyə bir müddət vətənə dönə bilmədim. Bu haqda direktoruma məlumat verirdim. Mən orda Universitetə qəbul oldum. Həmin ilin 19 oktyabrında RTŞ-nın müdiri Mədəd Zeynalov məni heç bir xəbərdarlıq etmədən işdən çıxartdırdı…

Paralel.az

0.018640995025635