İtaliya Aİ-də tanınmayan COVID-19 peyvəndi edilmiş şəxslərin ölkəyə girişinə icazə verib
Paralel.az xəbər verir ki, İtaliya səlahiyyətliləri, AB təsdiqini almamış peyvəndlərlə koronavirusa qarşı peyvənd edilmiş əcnəbilərin ölkəyə girişinə və qalmasına yalnız COVID-19 üçün mənfi test nəticəsi olduqda icazə verdi.
Bu barədə fevralın 2-də İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qəbul edilmiş fərmana əsasən, ölkəyə gələn əcnəbilərə yalnız İtaliya və Aİ-də tanınan dərman vasitəsi ilə peyvənd olunmaqla və ya sağalmaqla verilən “super yaşıl keçid tələb olunan bütün xidmət və qurumlara giriş” verilir.
"Eyni qayda İtaliyada tanınmayan və təsdiqlənməmiş dərmanlarla peyvənd olunanlara da şamil edilir", - hökumətin qərarında deyilir.
Eyni zamanda, martın 31-dək uzadılan fövqəladə vəziyyətin bitməsinə qədər, Rusiya da daxil olmaqla bir sıra ölkələrdən İtaliyaya turizm məqsədilə giriş qadağan edilib. Bunlardan yalnız iş, müalicə və ya təhsil məqsədi ilə məcburi karantinlə müvəqqəti girişə icazə verilir.
İtaliyanın səhiyyə naziri Roberto Speranzanın sözlərinə görə, bu qərar “İtaliyada olan digər dərmanlarla peyvənd olunmuşlar üçün şərait yaratmağa imkan verir”, bir çox mövcud problemləri aradan qaldırır və turizm sektorunun imkanlarını genişləndirir.
Akif Nəsirli