77 şəhər "qırmızı" zona elan edildi

77 şəhər
 

Paralel.az xəbər verir ki, İranda "omikron" ştammının yayılması pik həddə çatdı. Ölkənin 77 şəhərini “qırmızı” zona elan edildi

İran Səhiyyə Nazirliyinin məlumatına əsasən, koronavirusun daha kəskin yayılmasına görə “qırmızı” qrupuna aid edilən şəhərlərin sayı cari həftənin çərşənbə axşamından bəri cəmi bir gün ərzində 42-dən 77-yə yüksəlib.

Nazirliyin məlumatında qeyd olunub ki, koronavirusun "omikron" ştammına yoluxanların sayında kəskin artımla bağlı 6-cı dalğada virusa yoluxanların 20%-ni uşaqlar təşkil edir.

Hazırda İsfahan, Buşehr, Tehran, Şəhrekord, Bircənd, Məşhəd, Şiraz, Qəzvin, Qum, Kerman, Xorrəmabad, Ərak, Bəndər Abbas və Yəzd şəhərləri koronavirusun daha geniş yayıldığı “qırmızı” şəhərlər sırasına daxil olublar.

“Qırmızı” qrupuna aid şəhərlərin sayının artmasından sonra İran Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Haşemi son dalğada daha çox uşaqların Omikron ştammına yoluxduğunu açıqlayıb.
Akif Nəsirli

0.029082059860229