Adi ədviyyatın virusa qarşı effekti
Paralel.az xəbər verir ki, populyar bir ədviyyatın tərkibində koronavirus və Alzheymer xəstəliyi üçün dərman var.
Adi rozmarindən alınan karnosik turşusu müalicəvi və profilaktik dərman kimi istifadə olunur.
ABŞ-ın Scripps Araşdırma Mərkəzi alimlərindən ibarət tədqiqat qrupu rozmarin adlı ot və ədviyyatda tapılan birləşmənin SARS-CoV-2 koronavirusuna qarşı ikili silah ola biləcəyini müəyyən edib.
Onlar inanır ki, karnozik turşu və ya onun təkmilləşdirilmiş törəmələri COVID-19 və iltihabla əlaqəli bir sıra digər xəstəliklər üçün təhlükəsiz və effektiv müalicə kimi araşdırılmağa dəyər.
Alimlər karnosik turşunun COVID-19-un ağır formaları, eləcə də Alzheymer ilə əlaqəli iltihab reaksiyalarına təsirindən bəhs ediblər.
Nigar