Mübarək Rəcəb ayı başlandı!

Mübarək Rəcəb ayı başlandı!
 

Paralel.az xəbər verir ki, bu gün, fevral ayının 2-i mübarək üç ayın başlanğıcı, Rəcəb ayının biridir.

Üç ay islam aləmində çox mötəbər aylar hesab olunur. Hz. Peyğəmbər (s) buyrub: “Rəcəb Allahın ayıdır; Şaban mənim ayımdır; Ramazan isə ümmətimin ayıdır”.

Allah Təalanın ayə ilə bəyanına görə dörd ay haram qılınmışdır. Bunlardan biri də Rəcəb ayıdır. Fəxri Aləm Əfəndimizin (s.ə.v) dövründə bu ayda qan tökülməz, davam edən döyüşlərə ara verilərdi.

Hz. Peyğəmbər (s.ə.v), Rəcəb ayına gəldiyində: “Allahım, bizə Rəcəb və Şaban ayında bərəkət lütf et, uğurlu et. Bizi Ramazan ayına qovuşdur”, - deyə dua edərdi.

Rəcəb tövbə, ibadət ayıdır. Yaxşılıqların qat-qat artırıldığı bir aydır.
Akif Nəsirli

0.014143228530884