“Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatıb
Paralel.az xəbər verir ki, “Müharibə uşaqları” (yeni adı ilə “Böyük qırmızı ev") filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri başa çatıb. Hazırda filmin montaj işləri davam edir.
Bədii-sənədli film İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalan uşaqların həyatlarına ışıq tutulur.
Akif Nəsirli