Evdə tutulan oğrudan qeyri-adi addım

Evdə tutulan oğrudan qeyri-adi addım
 

Paralel.az xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatında evə girən oğru ev sahibləri tərəfindən cinayət başında yaxalanıb. Nyu-Meksiko ştatında oğru yaxalananda üzr istəyib və sındırdığı şüşəyə görə 200 dollar ödəyib. Ailə polisə ifadəsində oğrunun “çox xəcalətli” göründüyünü bildirib: “Hadisə Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhərində baş verib. Ev sahibləri evə qayıdanda içəridə AR-15 tapançası olan kişi ilə qarşılaşıblar. Kişi evdə yatıb, yuyunub, yemək yeyib, bir az pivə içib. Lakin o, əlindəki avtomat silahla onları hədələməyib, qızıl-zinət əşyaları və ya hər hansı digər əşyaları oğurlamayıb.
Ailənin verdiyi məlumata görə, oğru içəridə yaxalananda çox xəcalət çəkdiyini söyləyərək ailədən üzr istəyib. Oğru bir adamdan qaçdığını, Texasın şərqində öz ailəsinin öldüyünü və avtomobili çöldə xarab olduğu üçün evə girməli olduğunu söyləyib. Daha sonra içəri girmək üçün sındırdığı şüşəyə qarşı 200 dollar verərək evdən çıxıb”.
Nigar

0.058454990386963