FTB-dən ABŞ idmançılarına telefon qadağası
Paralel.az xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu Çinin paytaxtı Pekində keçiriləcək Olimpiadaya qatılacaq ABŞ idmançılarını kiberhücum riski səbəbindən mobil telefonlarını ölkələrində tərk etməyə çağırıb: “ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2022-ci il Pekin Qış Olimpiya Oyunları zamanı “zərərli kiber fəaliyyətin” baş verə biləcəyini açıqlayıb.
FTB bütün idmançıları evdə şəxsi cib telefonlarını saxlamağa və oyunlar zamanı müvəqqəti telefondan istifadə etməyə çağıran bəyanatda müxtəlif kiber fəaliyyətlərdən istifadə edilə biləcəyi vurğulanır.
FTB Olimpiada üçün müvəqqəti telefon zəngləri üçün çağırış edən yeganə təşkilat deyil. İngiltərə, Avstraliya, Hollandiya və Kanadanın Olimpiya komitələri də idmançıları potensial “Çin nəzarəti”nə qarşı xəbərdar edib”.
Nigar