Orijinal ştamın simptomlarına bənzəyir
“Gizli omikron” kimi də tanınan koronavirusun omikron ştammının BA.2 alt növünün simptomları orijinal ştamın simptomlarına bənzəyir.
Paralel.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib.
“Gizli omicron”un əsas fərqləndirici xüsusiyyətlərinin siyahısına yüksək hərarət, davamlı öskürək, qoxu və ya dadın itirilməsi (yaxud dəyişməsi) daxildir.
Tədqiqatçıların sözlərinə görə, daha spesifik simptomlar hələ müəyyən edilməyib.
Bu əlamətlərdən hər hansı biri aşkar edilərsə, mütəxəssislər dərhal həkimə müraciət etməyi, COVID-19 testindən keçməyi və özünütəcrid rejiminə keçməyi tövsiyə edir.
Səfurə, Paralel.az