İranda Mərceyi-Məclisin üzvü vəfat edib

İranda Mərceyi-Məclisin üzvü vəfat edib
 

İranın tanınmış din xadimi, Mərceyi-Məclisin 12 üzvündən biri Ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqani vəfat edib.

Paralel.az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb. Xəbərdə qeyd olunub ki, din xadimi fevralın 1-də 103 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayətullah-üzma Gülpayaqani 1919-cu il fevralın 20-də İsfahan əyalətinin Gülpayaqan şəhərində anadan olub. O, İranın məşhur din xadimi, Ayətullah-üzma Bürucerdinin yanında təhsil alıb. Gülpayaqani İranın Qum şəhərində dini fənləri tədris edib.

Akif

0.010449886322021