"Ermənistan-Azərbaycan münaqişəsi zamanı Gilan limanlarına Türkiyə TIR-larını cəlb etdik"

 

Paralel.az-ın məlumatına görə, İranın Gilan vilayətinin Limanlar və Dənizçilik Baş İdarəsinin rəisi deyib: “Məhz Ermənistan-Azərbaycan müharibəsi zamanı biz yük maşınlarını Ro-Ro tipli gəmi ilə Rusiyaya nəql edə bildik. Hətta Ermənistan-Azərbaycan sərhədindəki problemlərə görə Rusiyaya gedən Türkiyə TIR-ları da Gilan limanlarına üz tutdu. Amma sonralar həmin yük maşınlarını cəlb etməkdə o qədər də uğur qazana bilmədik”.

Həmidrza Abayi “ilna.news”a müsahibəsində deyib: “Məsələ burasındadır ki, xarici gəmi və xarici şirkət üçün əsas prioritet qazancdır və onlar üçün İranın və ya başqa bir ölkənin milliyyətinin fərqi yoxdur, amma biz İran bayrağı ilə üzən Ro-Ro tipli gəmiyə sahib ola bilsək, şəraitə və tələblərə uyğun olaraq daha dəqiq planlaşdırma aparmaq olar”.

“Hazırda bizim İran bayrağı altında üzən Ro-Ro tipli gəmimiz yoxdur. İndiyədək Ənzəli limanına iki gəmi gəlib və Rusiya-Qazaxıstan marşrutu üzrə hərəkət edirdi. Bizim həmin gəmilərlə bağlı nəisə planlaşdırmaq çətindir və şimal limanlarından davamlı hərəkətin təşkili üçün bizim İran bayrağı ilə Ro-Ro tipli gəmimiz olmalıdır”,-deyə o əlavə edib.
Akif Nəsirli

0.010303020477295