İranla Ermənistan turizm kontrakt bağladı

İranla Ermənistan turizm kontrakt bağladı
 

Paralel.az xəbər verir ki, İran və Ermənistan arasında turizm sahəsində əməkdaşlıq barədə sənəd imzalanıb.

Tehranda keçirilən Beynəlxalq Turizm və Əl İşləri Sərgisinin üçüncü günündə İranla Ermənistan arasında turizm əməkdaşlığının icrası planı haqqında sənəd imzalanıb.

Paralel.az "İMNA" agentliyinə istinadən xəbər verir ki, İranın mədəni irs, turizm və əl işləri nazirinin turizm məsələləri üzrə müavini Əliəsğər Şalbafian və Ermənistan İqtisadiyyat nazirinin müavini Narek Dəryan ötən gün Tehran Beynəlxalq Turizm və Əl İşləri Sərgisinin üçüncü günündə iki ölkə arasında turizm əməkdaşlığa dair sənəd imzalayıblar.

Görüş çərçivəsində İran və Ermənistanın turizm sektorunda fəaliyət göstərən şirkətlərin nümayəndələri iki ölkə arasında sözügedən sahədə əməkdaşlığı daha da möhkəmləndirmək üçün Ermənistanın Turizm üzrə Texniki Komitəsinin nümayəndələri, Xarici Turizmin Marketinqi və İnkişafı İdarəsinin rəisi və Ermənistan Turizm Komitəsinin sədri ilə müzakirələr aparıblar.

Qeyd edək ki, İran hakimiyyəti son dövrlərdə Ermənistan rejimi ilə demək olar ki, bütün sahələrdə əməkdaşlıqdan ötrü, necə deyərlər, dəridən-qabıqdan çıxır. Lakin İran-Azərbaycan müsəlman "qardaşlığı"ndan dəm vuran molla rejimin nümayəndələri əməldə bunun tamamilə əskini nümayiş etdirir. Bu da təbii olaraq İranın, həmişə olduğu kimi, ikibaşlı siyasət yürütməsinin bariz nümunələrindən biridir. Görünür, işğalçı və məğlub Ermənistanla əməkdaşlıq və tərəfdaşlıq niyəsə İran üçün dili, dini, mədəniyyəti və adət-ənənələri eyni olan Azərbaycanla dostluqdan və mehriban qonşuluqdan daha önəmlidir.
Akif Nəsirli

0.016915082931519