Zelenski: “Normandiya formatı müşavirlərinin görüşünün vaxtı razılaşdırılır”

Zelenski: “Normandiya formatı müşavirlərinin görüşünün vaxtı razılaşdırılır”
 

Paralel.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski hazırda Normandiya formatında yeni görüşün razılaşdırılması üzərində iş getdiyini bildirib: “Biz yaxın günlərdə Berlində müşavirlərin növbəti görüşünün tarixini razılaşdırmaq üçün fəal işləyirik. Ümid edirəm ki, Normandiya dördlüyü liderlərinin görüşü barədə razılıq əldə olunacaq”.
Xəbərə görə, yanvarın 26-da Parisdə Normandiya formatı ölkələri liderlərinin Donbas üzrə siyasi müşavirlərinin görüşü keçirilib. Məsləhətləşmələrin nəticələrinə görə,  Minsk razılaşmalarında ziddiyyətlərə baxmayaraq, tərəflər Donbasda atəşkəs rejiminə riayət olunmasının zəruriliyi ilə bağlı konsensusa gəlib.
Danışıqların “Normand formatı” 2014-cü ildə Ukraynanın cənub-şərqindəki silahlı münaqişə ilə bağlı vəziyyətin həlli platforması kimi meydana çıxıb. Görüşlərdə Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri iştirak edib”.
Nigar

0.039385795593262