Xunta lideri özünü prezident elan edib

Xunta lideri özünü prezident elan edib
 

Paralel.az xəbər verir ki, xunta lideri özünü prezident elan edib: “Ölkə tarixində keçirilən ilk demokratik seçkidə hakimiyyətə gələn prezidenti devirən xuntanın lideri polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba özünü prezident və ali baş komandan elan edib.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi Burkina Fasonun üzvlüyünü dayandırıb.
Bir qrup əsgər yanvarın 24-də idarəetməni ələ keçirdiklərini açıqlayıb və dövlət televiziyasında çevriliş bəyanatı oxunub.
Özünü “Mühafizə və Yeniləşmə üçün Vətənpərvər Hərəkat” adlandıran qrupun liderinin polkovnik-leytenant Damiba olduğu açıqlanıb. Hərbçilər tərəfindən saxlanılan prezident Kabore daha sonra istefa verib”.
Nigar

0.0098490715026855