Erməni tarixçi: “Ankara və Bakı yalnız Dağlıq Qarabağ və Naxçıvana gedən dəhlizlə məhdudlaşmayacaq”

Erməni tarixçi: “Ankara və Bakı yalnız Dağlıq Qarabağ və Naxçıvana gedən dəhlizlə məhdudlaşmayacaq”
 

Paralel.az xəbər verir ki, erməni tarixçi Arsen Culfalakyan bəzi açıqlamalar verib: “Türkiyə və Azərbaycan təkcə Artsax və Naxçıvana dəhliz tələb etməklə kifayətlənməyəcək.  Münaqişənin yekun “həlli” ilə bağlı Türkiyə və Azərbaycanla danışıqlar aparılır. Lakin Ermənistan XİN rəhbərliyi təkcə ictimaiyyətdən deyil, diplomatlardan, nazirliyin özündən də gizli danışıqlar aparır. Bu sülh hansı şərtlərlə bağlanacaq? İndiki hakimiyyət orqanlarının heç biri bu barədə ciddi danışmır.
Hansı şəraitdə sülh bağlanmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan daim bəyan edir ki, onların son hədəfləri təkcə Qarabağ və Naxçıvana dəhliz deyil, həm də Sevan, İrəvan və Sünikdir.
Türkiyənin siyasəti uzunmüddətli perspektivə hesablanıb, bu, hazırkı liderin fiqurundan asılı deyil. Ankaranın Osmanlı İmperiyasını yenidən yaratmağa yönəlmiş uzunmüddətli strategiyası var. Ola bilsin ki, keçmiş sərhədlər daxilində deyil, bütün layihələrində Ermənistan Ankaranın maraq dairəsindədir.
Biz müqavimət göstərmirik. Baş nazirin müsahibəsində mən Azərbaycan və Türkiyənin hüquqlarının bizim ölkədən daha çox müdafiəsini görürəm. Bizim maraqlarımız haradadır?.
Dövlət kimi mövcud olmaq istəyən heç bir ölkə öz torpaqlarından imtina edə bilməz. Cəmiyyət bir məsələdə razılığa gəlməlidir - var olmaq, inkişaf etmək, müstəqil olmaq üçün ordunun olması lazımdır.
Dövlət öz torpaqları, sərhədlərin toxunulmazlığı üçün mübarizə aparmalıdır. Başqa cür olmur. Biz elə bir coğrafi mövqedəyik ki, İsveçrə kimi yaşaya bilmərik”.
Nigar

0.010032892227173