Serj Sarkisyan: “Bütün sənədlər əlimdədir, lazım gəlsə, dərc edəcəm”

Serj Sarkisyan: “Bütün sənədlər əlimdədir, lazım gəlsə, dərc edəcəm”
 

Paralel.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan eksklüziv müsahibə verib: “Kazanda biz sənədi qəbul etmədik. Bəyannamə, yəni imzasız bəyanat olmalı idi, çünki əsas sənəd dövlətlərarası saziş olacaq - Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair hər şeyi ehtiva edən hərtərəfli saziş.
Bu, Artsax probleminin sülh yolu ilə həlli ilə bağlı iki tərəf arasında, üstəlik, Dağlıq Qarabağ nümayəndəsinin də iştirakı ilə bağlanmış saziş olmalı idi.
Bu epizod bütün sənədlərdə var idi. Bu adamın fəlakət hesab etdiyi sənədə də daxildir. Təbii ki, bu sənədləri indi dərc etmək mənim üçün çətindir.
Paşinyan həmin sənəddən fərqli sənəd dərc edib: onu sızdırıblar, saytların birində dərc ediblər, Paşinyan isə onu Kapanda oxuyub.
Bu sənəd, daha doğrusu, bu təklif 2016-cı ildə deyil, 2018-ci ildə, səhv etmirəmsə, yanvar və ya fevralda tərəflərə təqdim olunub”.
2018-ci ildə Krakovda xarici işlər nazirlərinin görüşü olub-olmaması ilə bağlı suala üçüncü prezident belə cavab verib: ”Bəli. Bu barədədir. Bunun üçün təbii ki, məzəmmət aldılar, çünki məxfiliyi qorumaq lazım idi - bu, danışıq tərəflərinin məsuliyyətidir. Məhz buna görə də deyir ki, sənədlər varsa, qoy dərc etsinlər, istəmirəm ki, həmsədrlər bizim haqqımızda fikrindən daşınsınlar, bizi qınasınlar, desinlər ki, niyə dərc etdin?”.
S.Sarkisyan deyib ki, o, etibarlı tərəfdaşdır və əlində bütün sənədlər, həmsədrlərin bütün təklifləri var, lakin onlarla razılaşmadan dərc etməyi düzgün hesab etmir: “Əgər fövqəladə vəziyyət yaranarsa, mən bunu edəcəm. Amma onun bu təcrübəsi olduğu üçün mən təklif edərdim ki, bunu dərc etsin”.
Nigar

0.0090680122375488