İcbari sığorta növünü elektron formada əldə etmək mumkün deyil
Osmas Gündüz
İcbari Sığorta Bürosu həm şəxsi kabinet formalaşdırıb, həm də şəxsi məlumatları yenidən tələb edir.
Heç bir icbari sığorta növünü elektron formada əldə etmək mumkün deyil
Sığorta şirkətlərində, konkret Atəşgah-da “Avtomobilin icbari sığortası” xidmətini yeniləmək imkanı yaradılmayıb.
Onlayn formada xidməti yenidən əldə etmək imkanı yaradılsa da sistem işləmir.
Sığorta şirkətinə müraciət etdikdə isə məlum olur ki, İcbari Sığorta Bürosu ötən il qanunvericiliyə edilən dəyişikliyi icra etmək üçün əndrabadi bir mexanizm hazırlayıb.
“Daş dövrü” nün münasibətlərinə oxşayır :)
İSB sığorta şirkətlərindən xidməti almaq istəyənlərin sənədlərini - Şəxsiyyət vəsiqəsini, Sürücülük vəsiqəsini və hətta Etibarnaməni tələb edir, xeyli sayda fərdi məlumatları toplayır.
Məlumatlar e-mail və Whatsapp vasitəsilə toplanır. Bu məlumatlar İSB-də təsdiqlənmədən heç bir sığorta şirkəti xidməti göstərə bilmir.
Maraqlısı odur ki, İSB hələ iki il öncə, pandemiya dövründə vətəndaşlara şəxsi kabinet formalaşdırmaq imkanı yaratmışdı.
Hətta ASAN imza ilə giriş imkanı da yaratmışdı.
Amma bu xidmətin hazırda hər hansı əhəmiyyəti görsənmir, buradan sığorta şirkətlərinə çıxış imkanları, başa çatan sığortanın yenilənməsi, onlayn xidmətlər və s. heç bir imkan yoxdur, 5 icbari sığorta növünün heç birisi elektronlaşmayıb.
Yəni, şəxsi kabinet sadəcə görüntü xatirinə, sadəcə məlumatlara baxmaq üçün formalaşdırıb.
Hətta, ən maraqlısı odur ki, şəxsi kabinetdə, elektron formada informasiyalar olduğu halda, ASAN imza ilə sistemə daxil olandan sonra , İSB yenidən bu məlumatları email və Whatsapp üzərindən tələb edir. Absurd bir vəziyyətdir.
Belə görünür ki İSB irəliyə getmək, əlavə xidmətlər və imkanlar yaratmaq, digər sistemlərə inteqrasiya etmək əvəzinə geriyə gedib.
Nə üçün elektron formada mövcud olan informasiyaları yenidən vətəndaşdan scan formada tələb edilməsi haqqında sualımıza isə İSB-də ağlabatan bir cavab verən tapılmadı.
Görsənirdi ki, elə sığorta şirkətləri də mövcud situasiyadan narazıdırlar.
Ümid edirəm VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və digər aidiyyatı qurumlar sığorta sektorunda rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün, sığorta xidmətlərinə əlçatanlığı artırmaq üçün əməli addımlar atacaqlar.
Paralel.az