Polşa Ukraynaya silah vermək qərarına gəlib

Polşa Ukraynaya silah vermək qərarına gəlib
 

Polşanın Milli Müdafiə rəisi Solox: "Varşava Kiyevə bir neçə on minlərlə silah təhvil verəcək"

Paralel.az xəbər verir ki, Polşa Ukraynaya bir neçə on minlərlə silah ötürmək qərarına gəlib. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Milli Müdafiə Bürosunun rəhbəri Pavel Solox bildirib.

Hərbçilərin sözlərinə görə, söhbət müdafiə silahlarının ötürülməsindən gedir. Eyni zamanda, Müdafiə Nazirliyinin rəsmisi Varşavanın Kiyevə hansı konkret silah növlərini təhvil verməyi planlaşdırdığını açıqlamayıb.

Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Ukraynaya qarşı “təcavüz” olacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar layihəsi ilə bağlı Avropa İttifaqına üzv dövlətlər arasında fikir ayrılıqlarının olduğunu açıqlayıb.

Eyni zamanda, siyasətçi qeyd edib ki, əsas fikir ayrılığı mümkün sanksiyaların miqyası və ya Ukraynaya hərbi dəstəyin göstərilməsi məsələsidir.
Akif Nəsirli

0.011116027832031