Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı artıb

Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı artıb
 

Ötən il Gürcüstandan 14 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.

Paralel.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin hesabatında bildirilib. Sənədə əsasən, illik müqayisədə ölkədən çıxarılan vətəndaşlarımızın sayı iki dəfə artıb.

Qeyd edək ki, hesabat ilində Gürcüstandan deportasiya olunan xarici ölkə vətəndaşlarının ümumi sayı 77 nəfər təşkil edib.
Akif Nəsirli

0.010483980178833