"İranın makroiqtisadi göstəriciləri məyusedicidir"

 

Paralel.az xəbər verir ki, İranın dini rəhbəri Ayətullah Əli Xamenei yanvarın 30-da ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye rəsmiləri ilə görüşündə deyib: “Ölkədə ümumdaxili məhsulun artımı, kapitalın yaradılması, inflyasiya və likvidlik artımı ilə bağlı statistik rəqəmlər qənaətbəxş deyil”.

“İran ali rəhbərinin Aparatının İnformasiya Mərkəzi”nin yaydığı məlumata görə, o, əlavə edib: "Bunlar həqiqət və faktlardır ki, hökumət rəsmiləri vəziyyəti bu statistik rəqəmlər istiqamətində daha yaxşı yönəldə bilsəydilər, şübhəsiz, bu gün ölkənin vəziyyəti daha yaxşı olardı".

O,, habelə yerli istehsal avtomobillərinin keyfiyyətini də tənqid edib: "Bu illər ərzində ölkədə avtomobil sənayesinə dövlət tərəfindən böyük dəstək verilib, ancaq yerli avtomobilin keyfiyyəti yaxşı deyil. Xalq narazıdır, düz də deyir, xalq haqlıdır. Yəni əhalinin etirazı haqlıdır, avtomobil sənayesi müştəri məmnuniyyətini qazana bilməyib".

Qeyd edək ki, İranın istehsal etdiyi keyfiyyətsiz avtomobillər hər il ölkədə minlərlə insanın yol qəzalarında ölməsinə və şikəst qalmasına səbəb olur.
Akif Nəsirli

0.0098299980163574