"Miss Amerika" Nyu-Yorkda ölü tapılıb

 

Paralel.az xəbər verir ki, "Miss USA 2019" Kelsea Krist Nyu-Yorkda ölü tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən New-York Post" nəşri məlumat yayıb.

Amerika qəzetinin həmsöhbətlərinin sözlərinə görə, 30 yaşlı modelin cəsədi bazar günü səhər onun yaşadığı 60 mərtəbəli göydələnin yaxınlığında tapılıb.

Qeyd olunur ki, sonuncu dəfə “Miss USA 2019” müsabiqəsinin qalibi 29-cu mərtəbədə görüntülənib. Ölümündən əvvəl Krist bütün əmlakını anasına buraxmaq istədiyini qeyd etdi.

“The New-York Post” həmçinin modelin ailəsindən sitat gətirib: “Sevimli Keslinin vəfatını sizə xəbər verməkdən məyus olduq və dərin kədərləndik. O, öz gözəlliyi və gücü ilə dünyanın hər yerindən başqa insanlara sevinc bəxş edən parlaq bir işıq saçırdı.

Ölümündən bir müddət əvvəl Krist İnstaqramda bir yazı dərc etdi və burada "Bu gün sizə sülh gətirsin" başlığı ilə şəklini yerləşdirdi.
Akif Nəsirli

0.012240171432495