Artur Vanetsyan: “Müəllifinin kim olduğunu bilmədən mətni götürüb oxusanız, düşünmək olar ki, hansısa azərbaycanlı məmur bu haqda danışır”

Artur Vanetsyan: “Müəllifinin kim olduğunu bilmədən mətni götürüb oxusanız, düşünmək olar ki, hansısa azərbaycanlı məmur bu haqda danışır”
 

Paralel.az xəbər verir ki, “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan hakimiyyətlərinin Qarabağ siyasətindən bəhs edib: “Nikol Paşinyan son iki müsahibəsində dedi ki, Artsax məsələsi onun üçün prioritet deyil. Rusiya Federasiyası və Artsax xalqı Artsaxın statusu ilə məşğul olmalıdır. Hətta indiyədək hər hansı məsələdə Nikol Paşinyanla ziddiyyət təşkil etməkdən yayınan Artsax prezidenti Arayik Arutyunyan da bu müsahibədən sonra cavab vermək məcburiyyətində qaldı.
Paşinyan son müsahibəsində Madrid prinsipləri haqqında danışarkən bu prinsiplərdə təsbit olunmuş xalqların öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququnu qeyd etməyib, əksinə, ərazi bütövlüyü prinsipindən danışıb.
Mətni müəllifinin kim olduğunu bilmədən götürüb oxusanız, düşünə bilərsiniz ki, hansısa azərbaycanlı məmur bu haqda danışır.
Bu hakimiyyətlər Artsax məsələsinin həllindən yayınmağa çalışırlar, onlar üçün həm başlanğıcda, həm də indi Artsax məsələsi başağrısıdır, onlar hakimiyyətdə qalmaq və mümkün qədər tez Artsax məsələsindən qurtulmaq istəyirlər.  
Lakin onlar anlamırlar və cəmiyyətimizi çaşdırırlar ki, Artsaxı itirməklə biz Ermənistanda da dinc yaşamaq imkanını itirəcəyik. Çünki Türkiyə-Azərbaycan tandemi Artsaxın son tutulmasından sonra yoluna davam etməyə çalışacaq”.
Nigar

0.0091209411621094