Ağsu rayon İcra Hakimiyyətində özbaşınalıq, rüşvətxorluq dövlətə və prezidentə xəyanət həddinə çatıb 

Ağsu rayon İcra Hakimiyyətində özbaşınalıq, rüşvətxorluq dövlətə və prezidentə xəyanət həddinə çatıb 
 




Ağsu rayon Təklə kənd sakini Qurbanova İlhamə Sədaqət qızı tərəfindən

Ərizə

Yazıb sizə bildirirəm ki, 05.02.2019-cu il tarixdə bölgədə baş verən zəlzələ nəticəsində bizim də evə zərər dəymişdir.
Aidiyyatı olan məmurlar Ağsu rayonunin baş memarı Mirəli Qurbanov, Muradlı kənd ərazi icra nümayəndəsi Əbilfəz Əmiraslanov və müavini Fərhad Soltanov qohumlarının və rüşvət aldıqları adamların evlərini tikdirib, təmir etdirirlər. Biz isə rüşvət vermədiyimiz üçün üç ildir süründülürük, FHN-nin Azkommunlayihə institutunda siyahıda hamının evi təmir edilib, mənim adımın üstündən qəsdlə xətt çəkilib.
Qüsur axtı da üç ildir təsdiq olunub, qalıb həmin institutda.
Böyük övladım Sabirli İbrahim vətən müharibəsi iştirakçısı xəstədir, həyat yoldaşım və kiçik övladım uşaqlıqdan əlildir, soyuqdan daha ağır xəstəliklərə tutuluruq qəzalı, bərbad evdə yaşamaq çox çətin və acınacaqlıdır.
Budurmu dövlət müstəqilliyimiz uğrunda Qarabağı hədəf alıb, əsl vətənpərvər, fədakar ailə kimi 33 il dövlətə, vətənə və xalqa xidmələrimizin qarşılığı ?
Övladlarəmızın da eynən bizə ünvanladığı bu suala cavab tapa bilmirik.
Odur ki, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, cənab prezidentin xalqa olan qayğısını bütünlüklə alverə çevirən məmurları cəzalandırmağınızı və bizə kömək etməyinizi sizdən xahiş edirəm.

Hörmətlə: İlhamə Qurbanova
Paralel.az

0.024989128112793