Həmin tələbə dahi Albert Eynşteyn idi

Həmin tələbə dahi Albert Eynşteyn idi
 


Universitetdə dərs zamanı professor tələbənin birinə sual verir:
-Var olan hər şeyi Allah yaradıb?
Tələbə inamla cavab verir:
-Əlbəttə, Allah yradıb.
- Bütün hər şeyi Allah yaradıb?-deyə professor soruşur.
-Əlbəttə,ser-deyə tələbə cavab verir.
O zaman professor soruşur:
- Əgər hər şeyi Allah yaradıbsa,deməli şəri də Allah yaradıb.Əgər nəzərə alsaq ki,bizim gördüklərimiz,əməllərimiz bizim kimliyimizi müəyyən edir,belə çıxır ki,Allah özü şərdir.Düz deyirəm?
Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkir. Özündən razı qalan professor tələbələrin qarşısında Allaha inamın bir mif olduğunu belə asanlıqla sübut etdiyinə görə gülümsədi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
- Professor, sizə sual vermək olar?
-Əlbəttə.Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcüddür?
-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?

Professorun cavabına auditoriyada olan digər tələbələr gülüşsə də, həmən tələbə davam edir:
- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna soyuq deyirik.
Tələbə davam edir:
-Professor, bəs qaranlıq mövcuddur?
-Əlbəttə mövcuddur.
- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məfhumu əslində işığın olmamasına deyilir. Nyutonun prizmasından istifadə edərək işığı bir neçə rəng üzərində paylaya və hər rəngin müxtəlif dalğa uzunluqlarını öyrənə bilərik. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. Çünki qaranlıq artıq özü-özlüyündə işığın yox olması deməkdir. Qaranlıq yalnız insanın işığın yoxluğunda baş verənləri təsvir etmək üçün istifadə olunan bir anlayışdır.
Sonda tələbə profesora daha bir sual verir:
- Professor, bəs şər özü mövcüddür?
- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim. Biz onu hər gün görürük. İnsanlar arasında qəddarlıq, çoxsaylı cinayətlər, dünya miqyasında zorakılıq – bütün bunlar şərdən başqa bir şey deyil.
Buna cavab olaraq tələbə:
- Yox,yenə səhv edirsiniz. Əslində şər öz-özlüyündə heçdir. Şər Allahsızlıq deməkdir. Şər- insanın qəlbində İlahi sevginin olmamasının nəticəsidir.Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur, deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, Allahsız qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor!
Züleyxa Ələkbərqızı
Paralel.az

0.013726949691772