Eyni anadan doğulan uşaqlardan niyə biri yaraşıqlı, digəri çirkin olur?

Eyni anadan doğulan uşaqlardan niyə biri yaraşıqlı, digəri çirkin olur?
 




Eyni valideynlərdən yaranan uşaqlardan birinin yaraşıqlı, digərinin çirkin olduğunu görməyə artıq adət etmişik. Bunun səbəbləri tarix boyu cəmiyyəti düşündürsə də, doğru-düzgün elmi izahı tapılmayıb.

Son vaxtlar ünvanıma bu mövzuda çoxsaylı suallar gəldiyini nəzərə alıb, bu istiqamətdə monitorinq aparmaq qərarına gəldim. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, monitorinqin nəticələrini diqqətinizə çatdırıram.
Ailə psixoloqu və elmi-lədun bilicisi olaraq, bu cür fərqli görünüşə malik uşaqların anaları arasında apardığım sorğular maraqlı bir mənzərəni ortaya qoydu. Məlum oldu ki, hansı qızlar ki, sevib ailə qurublar və hamilə olarkən əsəb, stress qorxu keçirməyiblər, onların uşaqları göyçək və yaraşıqlı doğulur. Yəni, uşaq qarşılıqlı məhəbbətdən yarananda və ana sağlam olanda, doğulan uşaq yaraşıqlı və sakit olur.

Lakin, elə analar da var ki, qızlıq dövründə onların qəlbində sevgi hissi olmayıb (yaxud çox zəif olub), əsəb, stress, qorxu keçirib; baş, onurğa və s. daxili orqanlarında ağrılar olub. Menstruasiya dövründə güclü sancılar və analıq orqanlarında problemlər olub... Belə qızlar ailə qurduqdan və hamilə qaldıqdan sonra sadaladığım əlamətlər bir qayda olaraq onlarda daha da artıb. Nəticədə, doğulan uşaq digərlərinə nisbətən daha çirkin və əsəbi olub.
Elə ailələr də var ki, onlarda bir-iki övlad yaraşıqlı doğulduqdan sonra, növbəti uşaq çirkin doğulub. Test sorğularından məlum olur ki, əvvəlki uşaqlara hamilə olarkən, ananın psixoloji və sağlamlıq durumu normal olsa da, sonrakı hamiləlik vaxtı ətraf mühitdən gələn neqativ enerjilər səbəbindən, onda əsəb və gərginlik artıb. Analıq orqanlarında sancılar, daxili orqanlarda ağrılar; qorxu, ümidsizlik... yaranıb. Depressiv vəziyyətə düşdüyündən, ana çox vaxt ağlayıb... Nəhayət, həmin gərgin hamiləlikdən doğulan uşaq, əvvəlkilərə nisbətən çirkin, əsəbi, bəzi ağır hallarda isə, qüsurlu doğulub.

İlk uşaqları nisbətən çirkin və əsəbi olan analar arasında apardığımız rəy sorğularından məlum olur ki, onlar sevərək ailə qurmayıblar. Menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verib. Əks cinsə həvəsləri olmayıb. Buna görə də evlilik təkliflərinə həmişə “yox” deyiblər. Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyiblər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da artıb. Yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə hamiləlik keçirərək, ilk övladlarını dünyaya gətiriblər. Bu cür çətin hamiləlik nəticəsində doğulan uşaq çirkin və əsəbi olur. Bundan sonra analarda bir qədər yüngülləşmə baş verir. Sanki, içlərindəki ağrı-acını, gərginliyi uşaqla bərabər kənara atırlar (əslində uşağa keçirirlər).

Bundan sonra rahatlanan ana, ikinci, üçüncü dəfə hamilə qalarkən, bu dövrü nisbətən, rahat və ağrısız keçirirlər. Nəticədə, növbəti doğulan uşaqlar əvvəlkinə nisbətən daha yaraşıqlı və əsəbləri daha sakit, zirək olurlar.

Oxucuda sual yaranacaq ki, qızlarda və hamilə qadınlarda baş verən bütün bu depressiv hallar, həyəcan, fobya, ağrılar, sancılar nəyin nəticəsidir? Nədən yaranır?

Sualınıza cavab olaraq bildirim ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq osteoxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. El arasında “duzlaşma” deyilən bu ağrılar onurğada skalyoz, kipoz da yarada bilir. Onurğada toplanan neqativ enerji əsəbə, baş ağrısına, miqrenə səbəb olmaqla yanaşı, beldə və qıçlarda da güclü ağrlar yaradır.

Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu halda həm kişidə, həm də qadında cinsi istəksizlik yaranır.

Bu cür enerjilər qızların (qadınların) ən çox analıq orqanlarında toplanmaqla, Menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomaların... yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlardan (analardan) doğulan uşaqlar başqalarına nisbətən çirkin olurar.

Sual yaranır: neqativ təsirə niyə məhz zərif cinsin nümyanəndələri məruz qalırlar?

Qeyd edək ki, neqativ enerji kişilərə də təsir edir. Lakin, qadın ruhu həssas və zərif olduğundan, onlara daha tez və güclü təsir göstərir.
Qadınların daha çox neqativə yüklənməsinin digər səbəbi onların geyimləri və gözəllikləri ilə bağlıdır. Belə ki, zərif cinsin nümayəndələri daim geyim-kecimli və baxımlı olduqlarından, bəzi insanların (hətda əks cinsin də) gözündə olan selen maddəsinin şüasına məruz qalırlar. Bu şüa da mənfi yüklü olduğundan, qadınların bədəninə hopa və yuxarıda sadalanan fəsadları törədə bilir.

Qadınların bu enerjiyə yoluxmasının digər səbəbi, cəmiyyətdə magiyanın geniş yayılması və insanların (özəlliklə də qadınların) biri-birlərinə qarşı bu enerjidən istifadə etməsidir ki, nəticə yuxarıda sadalandı.

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Paralel.az

0.012201070785522