Azərbaycanlı atletin uşaqları əlindən niyə alındı?

Azərbaycanlı atletin uşaqları əlindən niyə alındı?
 



Ərəb şeyxinə ərə gedən azərbaycanlı atlet məhkəmə qarşısında: uşaqları əlindən alındı

Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq.

O, məhkəməyə keçmiş əri Dubay əmirinin qardaşı oğlu Şeyx Səid Əl Məktum tərəfindən verilib. Onun məhkəmə iddiasında 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırılıb.
Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Qeyd edək ki, Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var.

Bildirək ki, bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu.

Həmin vaxt Azərbaycanın Dubaydakı konsulu Teymur Məmmədovun Zeynəb Cavadlı ilə maraqlanmaması tənqidə səbəb olmuşdu.
Məlumata görə, Zeynəb hazırda da təhdid altında yaşayır, o uşaqlarını Dubaydan çıxara bilmədiyinə görə vətənə qayıda bilmir.

Paralel.az

0.13490390777588