20-yə yaxın şərnişin cərimələnib

20-yə yaxın şərnişin cərimələnib
 

Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi
qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Karantin qaydalarına əməl etməyən sərnişinlər Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən 20-yə yaxın şərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Səfurə, Paralel.az
 
 
0.013912916183472