Ermənistandan açıqlama:  “Dəmiryolu ilə bağlı qarşılıqlı anlaşma var”

Ermənistandan açıqlama:  “Dəmiryolu ilə bağlı qarşılıqlı anlaşma var”
 

Paralel.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan nəqliyyat kommunikasiyalarından bəhs edib: “Ermənistan və Azərbaycan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir. Dəmir yolu ilə bağlı müsbət cəhətlər var. Bundan əlavə, hazırda ekspertiza işləri aparılır. İndiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə iş aparır - bu, Ermənistanda olan həmin hissələrdə dəmir yolunun tikintisidir.
Dəmir yolu qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun - qarşılıqlı əsasda və ölkələrin suverenliyi və hüququ çərçivəsində fəaliyyət göstərəcək. Ermənistan ərazisində Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xəttinə hər hansı nəzarət məsələsi müzakirə olunmur. Dəmir yolunun uzunluğu təqribən 340 km olacaq ki, bunun da 45-i Ermənistan ərazisindən keçəcək”.
Nigar

0.010274887084961