Rusiyadan Ukrayna ilə müharibə açıqlaması

Rusiyadan Ukrayna ilə müharibə açıqlaması
 

Paralel.az xəbər verir ki, Rusiya xarici işlər naziri Lavrov Ukrayna ilə müharibə müzakirələri ilə bağlı “Biz müharibə istəmirik, lakin bizim maraqlarımız gözardı edilə bilməz” deyib: “Mətbuata açıqlama verən Rusiya xarici işlər naziri Lavrov “Amerikalıların yazılı cavabını təhlil edirik. Antoni Blinkenin dediyi kimi, onlar bunu Ukrayna və digər Qərb ölkələri, ABŞ-ın müttəfiqləri ilə razılaşdırıblar. NATO-nun baş katibi Yens Stoltenberqdən də yazılı cavab aldıq. Bu iki sənədi 2021-ci ilin dekabrında təklif etdiyimiz saziş layihəsinə cavab olaraq təqdim edildiyi üçün paket kimi təhlil edirik. Nəticələrimizi idarələrarası razılaşdırdıqdan sonra biz onları prezident Vladimir Putinə təqdim edəcəyik. Bundan sonrakı hərəkətlərimizlə bağlı qərarını o verəcək” söyləyib”.
Nigar

0.0141921043396