ABŞ Əsədlə münasibətləri  “heç vaxt normallaşdırmayacaq”

ABŞ Əsədlə münasibətləri  “heç vaxt normallaşdırmayacaq”
 

Paralel.az xəbər verir ki, ABŞ-ın Suriya ilə münasibətləri normallaşdırmayacağı açıqlanıb: “ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurk Suriyadakı rejimin lideri Bəşər Əsədlə münasibətləri “heç vaxt normallaşdırmayacaqlarını” açıqlayıb.
Middleeasteye-in xəbərinə görə, Makqurk Beynəlxalq Sülh üçün Karnegi Fondu ilə onlayn görüşdə Suriya məsələsi ilə bağlı qiymətləndirmələr edib.
Makqurk Yaxın Şərqdə Əsəd rejimi ilə əlaqələrin normallaşması ilə bağlı “Biz Əsəd rejimi ilə əlaqələrin normallaşmasının tərəfdarı deyilik” deyib.
ABŞ-ın müttəfiqlərinin Əsədlə münasibətləri bərpa etmək səylərinə mane olmağa çalışıb-çalışmadığına dair ətraflı məlumat verməyən Makqurk söz mövzusu ölkələrin “öz maraqlarını qorumağa çalışdığını” şərh edib”.
Nigar

0.010999917984009