Bayden: “Rusiya gələn ay Ukraynanı işğal edə bilər”

Bayden: “Rusiya gələn ay Ukraynanı işğal edə bilər”
 

Paralel.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyi xəbərdarlığı edib: “Digər tərəfdən, ABŞ-ın Çini Ukraynaya təcavüzün qarşısını almaq üçün Rusiyaya qarşı təsir imkanlarından istifadə etməyə çağırdığı bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığında “Rusiyanın gələn ay Ukraynanı işğal edə biləcəyi açıq bir ehtimal var” deyib.
ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland jurnalistlərə bildirib ki, ABŞ Çini Ukraynaya təcavüzün qarşısını almaq üçün Rusiyaya qarşı təsirindən istifadə etməyə çağırıb: “Biz Pekini Moskva üzərində təsirindən istifadə etməyə və diplomatiyanı təşviq etməyə çağırırıq, çünki Ukraynada münaqişə Çin üçün də yaxşı olmayacaq”.
Nigar

0.010967016220093