Bağdad hava limanı raket atəşinə tutulub

Bağdad hava limanı raket atəşinə tutulub
 

Paralel.az xəbər verir ki,  Bağdad Beynəlxalq Hava Limanı raket atəşinə tutulub.
İraqın təhlükəsizlik orqanlarındakı mənbə RİA Novosti-yə bildirib ki, Bağdad Beynəlxalq Hava Limanına havadan hücum edilib: “Ən azı altı raket vurularaq uçuş-enmə zolağına yaxın yerə düşüb.
Atəş yerli vaxtla saat 4:30-da (Moskva vaxtı ilə üst-üstə düşür) baş verib, mərmilər hava hücumundan müdafiə sistemi sayəsində tutulub.
Nəticədə dayanacaqda olan təyyarə zədələnib. Mənbənin təqdim etdiyi fotoşəkillərdə gövdədə dəlik var.
Təfərrüatlar dəqiqləşdirilir”.
Nigar

0.045874118804932