Yeni vaksin sınaqdan keçirilib

Yeni vaksin sınaqdan keçirilib
 

Çində koronavirusa qarşı matritsa ribonukleyin turşusu (mRNT) vaksininin kliniki sınaqlarının birinci mərhələsi uğurla başa çatıb.

"Paralel.az"ın məlumatına görə, vaksin "Abogen Biosciences" və "Walvax Biotechnology" şirkətləri tərəfindən Çin Hərbi Elmlər Akademiyası ilə birgə hazırlanıb.

Qeyd olunur ki, bu vaksin "Pfizer/BioNTech" şirkətlərinin vaksini ilə eyni texnologiya əsasında hazırlanıb.

Vaksinin sınaqları ötən il oktyabrın 30-dan dekabrın 2-dək Hançjou şəhərində 120 könüllünün iştirakı ilə keçirilib.

Sınaqlar və sınaqdan sonrakı müşahidələr dövründə hər hansı bir əks-təsir müşahidə olunmayıb.

Preparatın kütləvi istehsalının yaxın aylardan başlanması planlaşdırılır. İlkin mərhələdə ildə 120 milyon doza vaksinin istehsalı nəzərdə tutulub.

Səfurə, Paralel.az

0.11126399040222