İman milli birliyin təməlidir...

İman milli birliyin təməlidir...
 



  Bizim milli bəlalarımızın bir səbəbi də milli imansızlığın kütləviliyidir! İman, din deyəndə, əksər insanlar dərhal xurafatı və yaxud savadsız mollaları ortaya atır. Bu, hər şeydən əvvəl, insanların dini savadının azlığı və ya olmaması ilə bağlıdır. İmansız insanları qanadsız quşa bənzədənlər də çoxdur. Hər bir insanda mənəvi keyfiyyətlərin mükəmməl formalaşması ilk növbədə imanla bağlıdır!
  Uca Tanrıdan uzaq düşən, dini xurafatla eyniləşdirən insan həyatda heç vaxt düzgün seçim edə bilməz. Dinsiz, imansız insan dəryada qalmış yelkənsiz qayığa bənzəyir, tez-tez istiqamətini dəyişməyə məcbur olur və dalğaların ağuşunda çarəsiz qalan gəmi nə qədər çalışsa da, sahilə çıxa bilmir və məhv olur.
   Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid ordumuzun və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız qazandığı böyük qələbəni düşmənlərin törətdiyi təxribata görə, hələ də milli bayram kimi əmin-arxayın qeyd edə bilmir!
  Əksinə, düşmənlər və onların ölkəmizin idarəetmə sisteminə sızdırdıqları sadiq nökərləri hər cür ədalətsiz hərəkətlərlə - rüşvət və korrupsiya, məmur özbaşınalığı, qiymətlərin qalxması, qanunlara riayət olunmaması, cinayətkarların cəzadan yayınması, günahsız insanların məhbəsə atılması və digər mənfi hərəkətləri xalqı çilədən çıxarır.
 Hər kəs dərk etməlidir ki, bütün bunlar ölkədə mövcud olan milli birliyi təhlükə altına atmaq üçün törədilən düşmən əməlidir. Hazırda dövlətimizi, xalqımızı və milli birliyimizi qorumaqdan vacib heç nə yoxdur!...
Tapdıq Abbas
Paralel.az

0.0098860263824463