Kərə yağının qiymətində KƏSKİN ARTIM: Alıcılar yağın qiymətindən narazıdırlar
Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.
Paralel.az xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlər yağın markasından asılı olaraq dəyişir və tələbat o qədər də azalmayıb.
Alıcılar isə hazırkı qiymət artımından narazıdırlar:
"Əvvəl bir kilo alırdıq, indi isə yarım. Kərə yağı bu qədər baha deyildi. Qiyməti çox qalxıb".
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymət artımın əsas səbəbi Azərbaycanın ağartı məhsulları üzrə idxalçı ölkə olmasıdır. Ölkəmizdə heyvandarlıq sənayesi yağ, pendir və digər ağartı məhsullarına tələbatı ödəyə bilmir.
Daha ətraflı Baku TV-nin süjetində: